“Putinin örtük kimi gizləndiyi bazasını unitaza axıtmaq, vantuzla daha dərinə itələmək lazımdır”

“Belə müttəfiqlə bizə düşmənlər də lazım deyil!”…

 

Ermənistanda Putinin onlara xəyanət etdiyini anlayırlar…

 

Bu gün gözlərimiz önündə Ermənistan Putin Rusiya ilə müttəfiqlikdən ABŞ-la maksimum konsolidasiyaya dönüş edir. “Bu, Rusiyanın dəfələrlə Ermənistanın maraqlarına xəyanət etməsi ilə bağlıdır. Səbrimiz daşıb, dostlarımızı başqa yerdə axtarmalıyıq”.

 

Moderator.az xəbər verir ki, bunu “Detaly” nəşrinə müsahibəsində Ermənistan beynəlxalq münasibətlər və təhlükəsizlik institutunun eksperti Ruben Meqrabyan deyib.

 

Bu yaxınlarda Ermənistanın cənubunda, Syunikdə Azərbaycanın hücumu zamanı Rusiyanın davranışı ermənilərin səbr kasasının aşmasına gətirib çıxarıb. Onlar ikitərəfli razılaşmalara uyğun olaraq bel bağladığıqlarından heç nə almadılar. Və silah verir (müqavilələr imzalanmağına və pullar ödənilməsinə rəğmən, Rusiya 2021-ci ildən Ermənistana silah vermir), nə də KTMT üzrə hərbi yardım edir, burada baş nazir Nikol Paşinyana birmənalı olaraq imtina edilib. (“Gəlin, irəliyə getməyək, – KTMT Birləşmiş qərargah rəisi Anatoli Sidorov bəyan edib). Yalnız ciddi narahatlıq ifadə edilib ki, bununla da ərazilərmizi müdaxilədən və atəşlərdən qorumaq mümkün deyil.

 

Məsuliyyətli məqamda KRMT üzvləri, ilk növbədə Rusiya Ermənistana “atış gəlib”, başqa sözlə ifadə edə bilmirəm. Sanki bunu gözlərimizlə görürük, amma Putin üçün bunun əhəmiyyəti yoxdur. “Yaxşı ki, birgə səylərlə Bakı ilə İrəvan arasında gərginliyi aradan qaldırmaq mümkün olub”, – o, bu yaxınlarda belə deyib. 

 

Bu yaxınlarda İrəvanı ziyarət edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıq şəkildə bəyan edib: “Rusiya öz müttəfiqlik öhdəliklərini icra edə bilməyib və Ermənistanı Azərbaycanla münaqişədə müdafiə etməyi bacarmayıb. Bu öhdəlikləri 2020-ci ildə Ermənistanın uduzduğu müharibədə də icra etməyib. Bu arada isə son illər Rusiya təbliğatı davamlı olaraq “Biz sizi xilas etmişik” çeynənilən ifadəni işlədir. Bunu hər hansı məntiqə sığmadan, amma inadla iddia edirlər.

 

Xilas mövzusu Artsaxda (Qarabağ) və Ermənistanla sərhəddə hər dəfə təxribat olanda daha da alçaldıcı səslənir. Son aylar Ermənistan ərazisini və insanlarını itirib, amma Rusiya bizi “xilas etməkdə” davam edib. O zaman belə bir lətifə də yaranıb:

 

Erməni radiosundan soruşurlar:

– Rusiya sizi daima xilas edir, siz nədən narazısınız?

 

Cavab veririk:

 

– Rusiya bizi deyil, Azərbaycanı xilas edə bilməzdimi, yoxsa bizim ərazilərimiz bitmək üzrədir?

 

90-cı illərin reketinə bənzəyir: sən yardım üçün ödəyirsən (Ermənistan isə səxavətlə ödəyir: Gümrüdə Rusiya bazası var, Artsaxda Rusiya sülhməramlıları yerləşib, enerjidaşıyıcıları üzrə ağır şərtlərlə müqavilələr, sanksiyalar şəraitində idxal əvəzləməsi), amma sənin yardıma ehtiyacın olanda heç kim yaxın durmur. Amma sənə deyirlər ki, ödəməsən, daha da pis olacaq. İndiyədək bunlar keçərli olub, indi keçməyəcək.

 

Bu, təhqir – Ruben Meqrabyan deyir, – hələ 100 ildən çox əvvəl, çar dövründən başlayıb. XIX əsrin sonunda çarın xarici işlər naziri Aleksey Lobanov-Rostovski bu regionda rus siyasətini belə ifadə edib: “Bizə ermənisiz Ermənistan lazımdır”. Birinci dünya savaşında dünya generalı Yudeniç türklərə qarşı Qırmızı ordu 1944-cü ildə Varşava üsyanı zamanı Polşada hücum etdiyi kimi hücum edib: hamını qılıncdan keçirəndən sonra hücuma başlayıb.

 

Sonra uzun sovet tarixi mövcud olun, 1965-ci ilədək soyqırım barədə düşünmək belə olmazdı, bu mövzu kitablardan yığışdırılıb.SSRİ üçün Türkiyə ilə yaxşı münasibətlər vacib olub, bunun naminə Rusiya erməniləru qurban verib.

 

Daha sonra, 1988-ci ilin Qarabağ hadisələri. Qırğınlar başlayanda biz Moskvadan sülhməramlı kontingent göndərilməsini xahiş etmişik ki, zorakılığa son qoyulsun. Onu göndərdilər, amma nə ilə məşğul olması başqa məsələdir: rus əsgərləri erməniləri oğurlayıb azərbaycanlılara satıb. Bax, bizi ruslar belə xilas edib.

 

2020-ci ilin müharibəsi. Rusiya bunun təşəbbüskarı, ilhamvericisi və benefisiarı olub. Stockholm İnternarional Peace Reseaech İntitute-nin məlumatına görə, Azərbaycan 2010-2019-cu illər silah əldə etmək üçün 3, 298 milyard dollar xərcləyib. Pulların 63, 8 faizi (2, 104 milyard dollar) Rusiyaya çatıb. Moskva ilə Bakı arasında silah və hərbi texnika tədarükü, hərbi kadrların hazırlanması, Rusiya mütəxəssislərinin iştirakı ilə texnikanın modernləşdirilməsi haqqında saziş imzalanıb.

 

Daima bizə vəd edilib: “Sizdə nəsə başlayarsa; biz sizə kömək edəcəyik”. Və bircə dəfə də bu vədlərə əməl edilməyib. Üstəlik, sentyabrda başlanan və bu gün də davam edən təcavüz zamanı birbaşa xəyanət nümunələri olub. Belə müttəfiqi olanın düşmənə ehtiyacı yoxdur.

 

Buna son qoyulmalıdır. Vəziyyət kritikdir, biz daha dözə bilmirik. Elə məqam yetişib ki, həm hökumət, həm cəmiyyət birdəfəlik anlamalıdır ki, Rusiya ilə biz sağ qalmayacağıq. Ölkəni saxlamaq üçün bizim yeganə çıxış yolumuz var: Rusiyanı buradan qovub çıxarmaq, Putinin örtük kimi gizləndiyi bütün bu hüquqi-müqavilə bazasını unitaza axıtmaq, vantuzla daha dərinə itələmək lazımdır.

 

Seçim çox sadədir: ya bizim KTMT-də üzvlüyümüz, ya da Ermənistan ordusu üçün Qərb silahı. Ya dünya birliyinin dəstəyi, ya Rusiya ilə müttəfiqlik. Müttəfiqi ağlını itirmiş təcavüzkar olan ölkəni heç kim nə silahlandıracaq, nə də dəstək göstərəcək. Sən mənin düşmənimin dostusan, hansı siıaha, dəstəyə bel bağlayırsan?

 

Üstəlik, ya Rusiya ilə ittifaq, ya da erməni dövlətçiliyi. Rusiya açıq şəkildə bəyan edir: keçmiş SSRİ-nin ərazisi Rusiyaya məxsusdur, deməli, Ermənistan da həmçinin. Putinin təblğatçısı Prilepin yazır: “Ermənilər, Rusiyanın tərkibinə daxil olmaq üçün xahiş edin…”

Putinin başqa bir təbliğatçısı yazır: “Rusiyanın erməni vilayəti…”

Bizim mövcud olmağımızı istəməyən müttəfiq nəyimizə lazımdır ki?..”

 

Yan Şenkman ( İrəvan), xüsusi olaraq “Detaly” saytı üçün.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button