“Putinin siyasi səhnədən getməsi bu ilin sonundan da tez baş verə bilər…”

“Təkcə Ukraynada deyil, bir sıra müxalif Rusiya mənbələrində də Putinin hakimiyyətdən gedəcəyi bir aksiom kimi təqdim olunur…”

 

“Əvvəlcədən də demişdik ki, Ukrayna ordusunun cəbhədəki uğurları Putinin hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Və bu məsələ də artıq reallaşmaqdadır. Təkcə Ukraynada deyil, bir sıra müxalif Rusiya mənbələrində də Putinin hakimiyyətdən gedəcəyi bir aksiom kimi təqdim olunur. Bu isə artıq ölkənin daxilindəki ab-havaya təsir etmək və ictimai rəyi buna hazırlamaq deməkdir”.

 

Bu fikirləri Moderator.az-ın “Ukrayna ordusunun  cəbhədəki son irəliləyişləri ilin sonunadək Putinin  siyasi səhnədən getməsinə gətirib çıxara bilərmi?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.

 

“Yeri gəlmişkən, hətta Kreml təbliğatçılarının da tonu dəyişib. Artıq onlar tamam başqa şeylər danışır və başqa addımlar atırlar. Putinin əsas, şəxsi qoçusu olan Ramzan Kadırovun da ritorikası dəyişib. Eləcə də Putinin ən yaxın çevrəsindəki ən təsirli adamlar, görünən budur ki, artıq psixoloji baxımdan onun siyasi səhnədən getməyinə hazırdırlar. Bəs Putinin özü buna hazırdırmı?  Mənə elə gəlir ki, yola salınmaq məqamı çatanda artıq onun rəyini soruşan olmayacaq… 

 

Onu da deyim ki, bəlkə də bu hadisə ilin axırından da tez baş verdi. Bunu da istisna etmirəm”- deyə ekspert vurğulayıb.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button