İran səfirliyi qarşısında GƏRGİNLİK: AzTV-nin əməkdaşlarına hücum etdilər – VİDEO – FOTO

Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən “persona non-qrata” elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən Milli.Az-a verilən məlumata görə, bu barədə reportaj hazırlayan AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi… Continue reading İran səfirliyi qarşısında GƏRGİNLİK: AzTV-nin əməkdaşlarına hücum etdilər – VİDEO – FOTO

Rəsmi Bakı İrana cavab verdi: atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir

İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır. Milli.Az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri… Continue reading Rəsmi Bakı İrana cavab verdi: atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir

Azərbaycanda İranın molla rejiminə xidmət edən daha bir nəfər tutuldu – CASUS ŞƏBƏKƏSİ

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.  Milli.Az Oxu.az-a istinadən bildirir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tehran rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.  Onlardan biri də “Müsəlman Birliyi Hərəkatı”nın üzvü Natiq Qasımovdur.   Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 20-dən çox şəxs saxlanılıb. Milli.Az Qazi.az

Arzuolunmaz şəxs elan edilən iranlı diplomatlar Azərbaycanı tərk ediblər

Azərbaycan tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları ölkəmizi tərk ediblər. Milli.Az bu barədə Oxu.az-a istinadən xəbər verir. Qeyd olunur ki, Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin ailə üzvləri ilə birlikdə Azərbaycandan çıxıblar. Xatırladaq ki, aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan… Continue reading Arzuolunmaz şəxs elan edilən iranlı diplomatlar Azərbaycanı tərk ediblər

İran MÜHARİBƏ “BOMBASINI” Zəngəzurda qurdu – İslam dünyasının DÜŞMƏNİ KİMDİR?

“Görünən odur ki, İran tərəfi gərginliyin azaldılmasına, eskalasiyanın aradan qaldırılmasına çalışmır. Tam tərsinə, bölgədə gərginliyi, xüsusilə də Azərbaycanla münasibətdə gərginliyi artırmağa çalışır”. Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib. O bildirib ki, İran Azərbaycana qarşı təxribatlarını legitimləşdirmək istəyindədir: “Adətən dövlətlər parlamentə hansısa bir siyasi fəaliyyəti legitimləşdirmək üçün müraciət edirlər. Məsələn, demokratik ölkələrdə bu, öncədən baş verib.… Continue reading İran MÜHARİBƏ “BOMBASINI” Zəngəzurda qurdu – İslam dünyasının DÜŞMƏNİ KİMDİR?

Azad olunan ərazilərdə daha bir hərbi hissə istifadəyə verildi – VİDEO – FOTO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə inşa edilən növbəti hərbi obyekt istifadəyə verilib. Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib. Azad edilmiş ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissəyə baxış keçirib, burada yaradılan şəraitlə tanış olub.… Continue reading Azad olunan ərazilərdə daha bir hərbi hissə istifadəyə verildi – VİDEO – FOTO

Bakıda məktəb və bağçanın yaxınlığı narkomanların məskəninə çevrilib – VİDEO

Xətai rayonu, Gəncə prospekti 71 ünvanında yerləşən ikimərtəbəli yarımtikili narkotik vasitə istifadəçilərinin məkanına çevrilib. Narkomanlar günün müxtəlif saatlarında həmin yerdə toplaşaraq narkotik vasitələrdən istifadə edirlər. Daha da pisi odur ki, bura uşaq bağçasına bitişikdir və yaxınlıqda orta məktəb də var. Mövcud vəziyyət isə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olur. Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, illərdir… Continue reading Bakıda məktəb və bağçanın yaxınlığı narkomanların məskəninə çevrilib – VİDEO

Qərbi Azərbaycan İcmasından BMT-yə ÇAĞIRIŞ: Ermənistana missiya göndərilsin

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antionio Quterreşə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsini xahiş edib. Müraciətdə aşağıdakılar bildirilir: “Biz bu məktubu Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıtmasına yardım etmək üçün Ermənistana BMT missiyası göndərməyi xahiş… Continue reading Qərbi Azərbaycan İcmasından BMT-yə ÇAĞIRIŞ: Ermənistana missiya göndərilsin

Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddəti uzadılacaq? – RƏSMİ CAVAB

Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib. O qeyd edib ki, müqaviləyə əsasən Formula 1 Azərbaycan Qran Prisinin sonuncu ilidir. “Ancaq müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Ümidvarıq ki, Azərbaycan Qran Prisi… Continue reading Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddəti uzadılacaq? – RƏSMİ CAVAB