Xankəndindəki təlxək Bakını hədələyir: ermənilərin məqsədi nədir?

Xankəndində konkret məqsədlərlə göndərilmiş Ruben Vardanyan özünü “publik fiqur” elan edərək Azərbaycana meydan oxuyur. O, “yeni müharibə” anonsunu verərək, Azərbaycan Ordusuna qarşı döyüşlərə başlaya biləcəklərini də istisna etməyib. Rusiyalı milyarder, rəsmi olaraq guya Rusiya Federasiyasının “vətəndaşlığından məhrum edilmiş” Ruben Vardanyan tapşırıqlarla göstərişləri bütünlüklə yerinə yetirmək üçün növbəti paroksizmə qapılıb. O, Ermənistanın baş naziri Nikol Paşinyanı… Continue reading Xankəndindəki təlxək Bakını hədələyir: ermənilərin məqsədi nədir?

İlham Əliyev Cefri Pyattı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd etdi. Qonaq Avropanın Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Cefri Pyattın bu tədbirdə iştirakının önəminə toxunaraq, ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində… Continue reading İlham Əliyev Cefri Pyattı qəbul edib

Qarabağda gərginlik artır – separatçılar Xankəndidə qiyama hazırlaşır

Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdə ermənilərin təxribatçı hücumlarının sayı artmaqdadır. Separatçı rejimin tör-töküntüləri əsgərlərimizə atəş açır, qarşıdurma yaratmağa çalışırlar. Sülhyaratma funksiyasını öz üzərinə götürən Qarabağdakı rus sülhməramlıları isə nəinki buna reaksiya verir, əksinə, onların təxribatçı əməllərini genişlənməsinə göz yumurlar. Xüsusən də, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq etməsi Xankəndidə qalan qondarma qurumun… Continue reading Qarabağda gərginlik artır – separatçılar Xankəndidə qiyama hazırlaşır

Paşinyan daha böyük səhv buraxa bilər – İrəvana “sülh” dağı çəkiləcək

“Görünən odur ki, ya Nikol Paşinyanın öz hökuməti üzərində nəzarəti sıfra bərabərdir, ya da o, yenidən bütün maraqlı tərəfləri razı salmağa çalışır”. Bunu Trend-ə amerikalı siyasi analitik İrina Tsukerman son günlər Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı aqressiv ritorikaya üstünlük verməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, Ermənistan sülhdən yayınsa Azərbaycan daha sərt tədbirlər görə… Continue reading Paşinyan daha böyük səhv buraxa bilər – İrəvana “sülh” dağı çəkiləcək

Prezident Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı tədbirdə çıxış edir. Milli.Az Qazi.az

FHN-dən əhaliyə müraciət

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət… Continue reading FHN-dən əhaliyə müraciət

Bu şəxslər daha tez pensiyaya çıxa bilər – VİDEO

Pensiya yaşı mütləq aşağı salınmalıdır Milli.Az xəbər verir ki, Milli Məclisin keçirilən plenar iclasında deputat Tahir Kərimli pensiya yaşının azaldılmasını təklif edib. Deputat deyib ki, bir çox ölkədə pensiyaya çıxmaq üçün yaş həddi bizdən aşağıdır: “Qadınlar 59, kişilər isə 62 yaşında pensiyaya çıxarılsın. Eyni zamanda 3 övladı olanlar 55, 5 övladı olanlar isə 50 yaşdan… Continue reading Bu şəxslər daha tez pensiyaya çıxa bilər – VİDEO

“Bu sənədin imzalanması yeni mərhələ oldu”

Rumıniya Azərbaycandan qaz nəqlində tranzit ölkə kimi çıxış edə bilər. Bu barədə Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku bu gün Azərbaycanın paytaxtında start götürən Bakı Enerji Həftəsi ilə bağlı Trend-ə özəl müsahibəsində bildirib. “Rumıniya və Azərbaycan enerji sahəsində uzunmüddətli əməkdaşlıq ənənələrinə malikdir. Strateji enerji tərəfdaşlığı ildən-ilə möhkəmlənir və genişlənir. Son bir il ərzində iki ölkə arasında… Continue reading “Bu sənədin imzalanması yeni mərhələ oldu”

Biləsuvardakı hadisə ilə bağlı FHN-dən açıqlama

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən… Continue reading Biləsuvardakı hadisə ilə bağlı FHN-dən açıqlama

Bura bağça deməyə insanın dili gəlmir… – VİDEO

Masallı rayon Xırmandalı kənd uşaq bağçası 1981 – ci ildə tikilib istifadəyə verilib. Xezerxeber.az xəbər verir ki, vaxtı ilə bağça iki korpusdan ibarət olub.  Korpuslardan biri qəzalı vəziyyətdə olduğuna görə fəaliyyəti dayandırılıb. Hazırda fəaliyyətdə olan korpusda da pəncərə, qapılar qırıq vəziyyətdədir. Bağçanın ən böyük problemlərindən biri də içməli su ilə bağlıdır. Müəllimlər su maşınlardan həftə… Continue reading Bura bağça deməyə insanın dili gəlmir… – VİDEO