Ölkə

3 gün xarab liftdə oturan qadın öldü

Özbəkistanın paytaxtında yeni tikilidə gənc qadının meyiti tapılıb. Məlum olub ki, 32 yaşlı yerli sakin 3 gün xarab liftdə oturub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, respublika prokurorluğunun məlumatına görə, faciə Daşkəndin Parkent küçəsindəki evdə baş verib.

Müşahidə kameralarının görüntüləri sayəsində iyulun 24-də poçtalyon işləyən qadının lift vaqonuna daxil olduğunu müəyyən etmək mümkün olub. İyulun 26-da qohumları onu axtarışa veriblər.

Daha sonra qadının meyiti tapılıb. Ekspertlərin fikrincə, o, kəskin ürək-damar və tənəffüs çatışmazlığı nəticəsində dünyasını dəyişib. Qadının fəryadını isə heç kim eşitməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button