Ölkə

30 ildən sonra nəşi gətirildi, qurban kəsdilər

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid rayonun Mahmudlu kənd qəbiristanlığında dəfn ediləcək.

Allahverdiyev Şəmsəddin 1971-ci ilin iyunun 9-da Füzuli rayonu İşıqlı kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-ci ilin​ iyul ayında Füzulidə gedən döyüşlər zamanı itkin düşüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.

Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Ş. Allahverdiyevə məxsus olduğu təsdiqlənib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button