Ölkə

3000 armud oğurlayan şəxs həbs edildi

Yaponiyada 3000 armud oğurlayan şəxs həbs edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda “Sora News” məlumat yayıb.

Belə ki, polisə həmin şəxsin Kasama şəhərində yaşayan, Yaponiyada qalmaq icazəsi olmayan əcnəbi ola bilməsi haqda məlumat daxil olub.

Polis oteldə axtarış aparmaq üçün gedəndə 31 yaşlı vyetnamlı kişini tapıb. Onun yanında qutulara yığılmış 1800-ə yaxın armud, həmçinin tərəzilər, karton qutular və bağlamaların göndərilməsi üçün poçt qəbzləri olub.

Dindirilmə zamanı o, şəhər bağından ümumilikdə 3000 armud oğurladığını etiraf edib. Vyetnamlının sözlərinə görə, meyvələri ağacdan toplamaq üçün 24 saat vaxt sərf edib.

Səlahiyyətlilərin məlumatına görə, onun bu hərəkəti nəticəsində dəymiş ziyan təxminən 5800 dollar təşkil edib.

Bildirilir ki, polis onun şəriklərinin olduğunu güman edir və işi fəal şəkildə araşdırır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button