Ölkə

31 il əvvəl Daşaltıda itkin düşən şəxsin meyitinin qalıqları dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşı Abbasov Məhərrəm Abbas oğlunun dəfn mərasimi keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, Məhərrəm Abbasov Nİzami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Məhərrəm Abbasov 1961-ci il 26 fevralda Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. O, 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı itkin düşüb. Onun meyitinin qalıqları Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button