Ölkə
36 yaşlı kişinin üzərinə ağac düşdü
Oğuzda 36 yaşlı kişinin üzərinə ağac düşüb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında baş verib. Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Bayramov komatoz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxansına (RMX) yerləşdirilib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun