İdman

4 oyunluq diskvalifikasiya, texniki məğlubiyyət…

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 2-ci turunda qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub.

2-ci Liqanın 2-ci turunun “Şəfa” – “Şəki Siti”” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 70 manat cərimə edilib.

“Şəfa” – “Şəki Siti” oyununda meydan sahiblərinin futbolçusu Mehman İbadov azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb, “Şəfa” klubu 350 manat cərimə edilib.

2-ci Liqanın 2-ci turunun “Ağdaş” – “Baku Sportinq” oyununda meydan sahiblərinin futbolçusu Ramal Əhmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Ağdaş”  50 manat cərimə edilib. 

“Ağdaş” – “Baku Sportinq” oyununun 58-ci dəqiqəsində qonaq komandanın heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olduğuna görə “Baku Sportinq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button