Ölkə

40 ildir ayrı yataqda yatırıq

78 yaşlı məşhuramerikalı aktrisa Bette Midler 40 illik evliliyindən danışıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, Midler 1984-cü ildən əri Martin von Haselberqlə evli olduqlarını və münasibətlərinin əvvəlindən ayrı yataq otaqlarında yatdıqlarını açıqlayıb. Evliliklərini “möcüzəli səyahət” olaraq xarakterizə edən Midler bir-birlərinə çox azadlıq verdiklərini, davamlı olaraq bir-birlərini bezdirmədiklərini bildirib.

Aktrisa əlavə edib ki, hələ də xoşbəxt olmalarının sirri məhz 40 ildir ayrı yataqda yatmalarıdır. 

Midler söyləyib ki, həyat yoldaşı xoruldayır. Buna görə də yataq otaqlarını ayırmalı olublar. 

Cütlüyün 1986-cı il təvəllüdlü Sofi adlı bir qızı var. Midler qızını özünün “ən böyük nailiyyəti” hesab etdiyini söyləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button