Ölkə
431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb
431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib
“Deputatlığa namizədliyi irəli sürülən 261 nəfərin namizədliyi təsdiqlənib, onlardan 213 nəfərə imza vərəqi verilib.
9 nəfər imza vərəqələrini dolduraraq namizədliyin qeydə alınması üçün geri qaytarıb”, – o qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun