Ölkə

44 günlük Vətən müharibəsinin xronikası: 1 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

– Müdafiə Nazirliyi cəbhədə noyabrın 1-nə olan son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.

– Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub.

– Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınları məhv edilməsinin videogörüntüsü yayılıb. Düşmənin iki ədəd “Qrad”ı məhv edilib.

– Düşmənin iki artilleriya batareyası məhv edilməsinin videogörüntüsü yayılıb.

– Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü yayılıb.

– Düşmənin hərbi avtomobil korteji məhv edilməsinin videogörüntüsü yayılıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button