Ölkə

44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib.

– Prezident İlham Əliyev Azərbaycan Ordusu Xocavənd rayonunun daha üç kəndini işğaldan azad edilməsi ilə bağlı paylaşım edib:

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

– Ermənistanın artilleriya batareyası məhv edilib, alay komandirinin müavini yaralandı. Gecə düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

– Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində 47 dinc sakin ölüb, 222 nəfər xəsarət alıb.

– Müdafiə Nazirliyi Xocavəndin işğaldan azad olan kəndlərinin videogörüntüsünü yayıb.

– Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmaqda davam edib.

– Ermənistan Ordubada raket zərbəsi endirib.

– Ermənilər Ağdam rayonunun Əhmədağalılar kənd qəbiristanlığını ağır artilleriya atəşinə tutub.

– Müdafiə Nazirliyi İşğaldan azad olunan Hadrut qəsəbəsindən yeni videogörüntülərini yayıb. Azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button