Ölkə

44 günlük Vətən müharibəsinin xronikası: 27 sentyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Vətən müharibəsinin sentyabrın 27-nə olan xronikasını təqdim edir:

– Müdafiə Nazirliyi Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutduğunu açıqladı;

– Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başladı;

– Ordumuzun bir döyüş helikopteri zədələndi, helikopter öz ərazimizə endirildi;

– Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi;

– Müdafiə Nazirliyi işğal altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparıldığını açıqladı;

– Ombudsman Ermənistan tərəfindən atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasına etiraz olaraq bəyanat yaydı;

– Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı;

– Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi;

– Müdafiə Nazirliyi işğaldan azad edilən kəndlərin adını açıqladı;

– Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi;

– Zakir Həsənov düşmənin ön xəttinin yarıldığını, 7 kəndin işğaldan azad olunduğunu açıqladı;

– Müdafiə Nazirliyi düşmən texnikalarının məhv edilmə görüntülərini yaydı;

– Baş Prokurorluq mülki əhalidən yaralananların sayının 14-ə çatdığını açıqlayıb;

– Zakir Həsənov cəbhədə baş verən düşmən təxribatının detallarından danışdı;

– Müdafiə Nazirliyi Ağdərə yaşayış məntəqəsində yerləşən erməni qarnizonuna təslim olmağı təklif etdi;

– Müdafiə Nazirliyi düşmənin zirehli texnikasını döyüş meydanında ataraq qaçdığını nümayiş etdirdi;

– Murov dağı silsiləsindəki Murov zirvəsi azad olundu;

– Prezident İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzaladı;

– Müdafiə Nazirliyi Ermənistan ordusuna məxsus silah-sursat anbarının məhv edilməsinin görüntüsünü yayıb;

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button