Ölkə

44 günlük Vətən müharibəsinin xronikası: 2 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

– Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

– Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər şəxsləri qəbul edib.

– Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

– Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Hücuma cəhd edən düşmən 30-a qədər itki verərək geri çəkilib.

– Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib. Düşmənin daha 4 ədəd “Qrad”ı məhv edilməsinin videogörüntüsü yayılıb.

– Düşmən Tərtər və Goranboy rayonlarının ərazisini intensiv atəşə tutub. Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutub.

– Düşmənin canlı qüvvəsi darmadağın edilməsinin videogörüntüsü yayılıb.

– Düşmənin “KUB” zenit-raket kompleksi dəqiq atəşlə məhv edilməsinin videogörüntüsü yayılıb.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button