Ölkə

46 yaşlı binanı 10 milyon manatlıq bəzəməyin adı nədir?

46 yaşlı binanın üz aqlay daşları sökülür. Pəncərədən qapıya, döşəmədən tavanadək hər şey yenidən qurulur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Bakı Dövlət Universitetinin Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 9 mərtəbədən ibarət  2  saylı tədris binasından gedir.

Lakin təmiri həyata keçirilən binanın görüntüləri sosial şəbəkələrdə paylaşılaraq  sərt  tənqid edilib. Bildirilib ki, illər əvvəllər səliqəsiz tikilən, ilk baxışdan təhlükəsizlik normalarına cavab vermədiyi təəssüratını yaradan binanın təmirinə vəsait xərcləmək düzgün deyil.

“İddialara görə, binanın əsaslı təmirinə 10 milyon 950 min 396 manat xərclənəcək.”

“Maraqlıdır bu qədər xərc aparan binanın yeni görüntüsündə nə dəyişəcək? Sözü gedən vəsait hansı istiqamətə xərclənəcək?”

Müzakirələrə səbəb olan korpusun təmirini aparan şirkətin nümayəndəsi Murad Əlilinin sözlərinə görə, söküntü zamanı ortaya çıxan görüntünün inşaata müsbət  təsiri çoxdur.

Murad Əlili əlavə edib ki, hazırda bünövrədə bərkidmə işləri aparılır, direnaj xəttləri qoyulacaq. Bütün kommunikasiya xəttləri dəyişəcək. Bundan başqa tədris ocağının 1977-ci ildən bağlı qalan təxliyyə pilləkan qəfəslərinin bəzi qapıları və binanın 5 lifti yenilənib, sanitar qovşaqlarının sayı artırılıb. Çardaq yenilənib, binanın konstruktiv elementləri qorunub saxlanılmaqla tavandan döşəməyə qədər sökülüb. Səsləndirlən rəqəmlərə gəlincə, şirkət rəsmisi bununla bağlı açıqlama vermək səlahiyyətində olmadığını qeyd edib.

Universitet rəhbərliyi isə tenderin qalibi olan  şirkət tərfindən təmir işlərinin keyfiyyətli səviyyədə aparıldığı bildirldi. Tədris korpuslarının  sentyabr ayında təhvil veriləcəyi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.c

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button