Ölkə

“65 yaşlarında bir şəxs evə girərək hamilə yoldaşıma hücum edib”

Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsindəki binalardan birində yaşayan Emilbəy Kazımzadə naməlum şəxsin evinə gələrək həyat yoldaşına hücum etdiyini bildirir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, E.Kazımzadə ötən gün saat 15:05 radələrində təxminən 65 yaşlı kişinin mənzilin qapısının açıq olmasından istifadə edərək evə soxulduğunu deyib: “Mən bərbərə getmişdim və qapını açarla bağlamadığım üçün 65 yaşlarında bir şəxs girərək hamilə olan yoldaşıma hücum edib. Yoldaşım qorxaraq onu itələyib və evden bayıra atıb. Bu zaman tanımadığımız şəxs yıxılıb, başının arxa hissəsi yerə dəyib”.

E.Kazımov bildirib ki, həmin şəxs yenidən qapıya hücum edərək qapının dəstəyini qırmağa çalışıb: “Yoldaşım mənə zəng edərək dərhal evə çağırdı. Stresli halda evə gəldim və həmin şəxsi qapımızın ağzında gördüm. Yoldaşımın o halını gördüyümdə ona dərhal 1 şillə vuraraq 102 xidmətinə zəng elədim”.

Şikayətçi bildirib ki, həmin şəxsə tibbi yardım göstərilib. E.Kazımov haqlı olarkən haqsız vəziyyətə düşmək istəmədiyini bildirib: “Təhqiqatçı bizə “Siz bəlkə yalan danışırsınız”, deyə bildirdi, o həmin şəxsin tərəfini tutdu. Mənim evimə oğru girdiyi halda, mən niyə suçlu vəziyyətinə düşməliyəm? Bəs hamilə yoldaşımın keçirdiyi stress, əsəb necə olacaq kim cavab verəcək buna?”.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinə sorğu ünvanladıq. Xidmətin əməkdaşı Nurlan Əliyev bildirdi ki, hər iki tərəf bir-birindən şikayətçi olub: “Tərəflər müvafiq polis orqanına dəvət olunaraq izahatları alınıb. Hazırda araşdırma aparılır”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button