Ölkə
7-ci mərtəbədən yıxılan uşaq öldü
Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən çoxmərtəbəli binaların birində qeydə alınıb.
2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov 7-ci mərtəbədən yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun