Ölkə

7 illik fasilədən sonra filmə çəkiləcək

Türkiyənin tanınmış aktrisası Sinem Kobal karyerasındakı 7 illik fasilədən sonra yeni filmdə rol alacaq. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmkarı, məşhur aktyor Kenan İmirzalıoğlu ilə ailə qurduqdan sonra çəkilişlərə ara verən və vaxtını iki qızına həsr edən aktrisa “Her şeyin başı Merkür” adlı filmi ilə tamaşaçıların görüşünə hazırlaşır. 

Film Ayşe Balıbeyin “Hər şeyin Başı Merkür” adlı astroloji komediya kitabı əsasında çəkiləcək. Ekran işi müharibə müxbiri olmaq arzusunda olan, lakin özünü bir dərgidə ulduz falı yazıçısı kimi tapan şən gənc qız Elifin hekayəsindən bəhs edir. 

Çəkilişləri avqustda başlayacaq filmdə Sinem Kobalın tərəf müqabilinin kim olacağı hələ məlum deyil. 

Qeyd edək ki, 36 yaşlı aktrisa “Selena”, “Küçük sırlar”, “Gönül işleri”, “Hürrem Sultan”, “Romantik komedi” kimi bir çox film və seriallarla məşhurlaşıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button