70-ci illərin məşhurunun ayağı amputasiya oluna bilər – “Bayan bacak” kimi tanınırdı
“Bayan bacak” ləqəbi ilə məşhurlaşan 1970-ci illərin modeli, aktrisa Serpil Örümcerin səhhətində problem yaranıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, modelin ayağı amputasiya edilə bilər. Hazırda yataq xəstəsi olduğunu bildirən aktrisa əməliyyat olunmalıdır. Lakin onun maddi vəziyyəti yaxşı deyil. Buna görə də o, özəl xəstəxanada əməliyyat oluna bilmir:
“Keçirdiyim qəza nəticəsində ayağımdakı qırıqlar səbəbindən hazırda yataq xəstəsiyəm. Əməliyyat olunmalıyam. Hazırda ayağım gipsdədir. Özəl xəstəxanada əməliyyat etdirməyim mümkün deyil. Sevənlərimdən və Türkiyə Cümhuriyyətindən yardım istəyirəm. Çünki ayağımın kəsilmək riski var” deyə, Örümcer sosial media hesabında yazıb.
Xatırladaq ki, model bir müddət öncə kommunal xərclərini ödəyə bilmədiyi üçün videomüraciət yaymışdı. O, bu səbəbdən keçmiş şəkillərini pulla satırdı.
Milli.Az