Ölkə
8 yaşlı uşağı maşın vuraraq öldürdü
Ağcabədi şəhərində avtomobil səkkiz yaşlı uşağı vuraraq öldürüb.
Milli.Az report-a istinadən xəbər verir ki, 2001-ci təvəllüdlü Vüsal Emin oğlu Cəfərli idarə etdiyi avtomobil ilə 2016-cı il təvəllüdlü piyada Uğur Kamran oğlu Quluyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun