Ölkə

9-cu sinif buraxılış imtahanları valideynləri əlavə xərcə salacaq

9-cu sinif buraxılış ımtahanlarının ciddiləşməsı bir tərəfdən məsuliyyətı artırdısa digər tərəfdən valideynlərin qayğısını çoxaltdı.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əvvəllər ancaq universitet hazırlıqları zamanı xərcə düşən valıdeynlər indı 9-cu sinifdən etibarən övladını hazırlığa göndərir. Əlavə məşğələ isə əlavə maliyyə itkisi deməkdir.

Hazırlıq kurslarından birinin müdir müavini Alcan Hacıyev deyir ki, bunun tendensiyaya çevirilməsinin bir sıra səbəbləri var.

Buraxılış imtahanına hazırlıq qiymətləri heç də ucuz deyil.

“1 aylıq təhsil haqları kurslardan asılı olaraq 150-300 manat arasında dəyişir.”

Müsahibimiz Dadaş Ağalarov bildirir ki, hazırlıq kurslarında şagirdlərin imtahana hazırlaşması üçün xüsusi metodlar tətbiq edilir. Üstəlik kurslar tərəfindən sırf buraxılış imtahanlarına hazırlıq üçün valideynlərə paketlər təqdim edilir. Artıq bir müddətdir ki, buraxılış imtahanı sistemi dəyişib və 300 ballıq sistemə keçirilib. Buna görə də, şagirdlər bəzən yeni metodları qavramaqda çətinlik çəkirlər.

Görünən odur ki, valideynləri indi təkcə övladlarının ali məktəblərə qəbul olması deyil, elə buraxılış imtahanından keçə bilməsi də ciddi düşündürür. Apardığımız sorğudan da aydın olur ki, valideynlər bəzi orta məktəblərdə keçirilən dərs səviyyəsindən narazıdırlar. Onların ehtiyyatının əsl səbəbi də elə buradan qaynaqlanır.

Qeyd edək ki, 9-cu sinifi başa vurub attestat alan şəxslər bu sənədlə yalnız təhsillərini peşə təhsili müəssisələrində və kolleclərdə davam etdirə bilərlər. 9 illik attestatla ali məktəblərə imtahan vermək mümkün deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button