Ölkə

900 minlik avtomobilini hədiyyə verən azərbaycanlı bloqer özünə “Gelandewagen” aldı

Xəbər verdiyimiz kimi, Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov dəyəri 900 min manat qırmızı rəngli lüks “Cullinan – Rolls-Royce” markalı avtomobilini mentorluq üçün müəllimi Ayaz Şabutdinova hədiyyə edib. Hüseynin bu addımı isə onu sevməyən “heyter”lərin ürəyincə olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bloqer onu gözdən salmağa çalışan izləyicilərinə sosial şəbəkə hesabı vasitəsi ilə səslənərək yeni aldığı lüks avtomobili ilə “dağ çəkib”. Hüseyn yaşıl rəngdə dəbdəbəli “Mercedes-Benz G-Klasse” markalı nəqliyyat vasitəsinə sahibləndiyini açıqlayıb.

Şəxsi qarajını bəzəyən avtomobillərin önündə fotolar çəkdirən Həsənov şəkilləri 26,8 milyonluq “Instagram” səhifəsində paylaşaraq “Mənim qızlarım. Buna inanmaq çətindir, amma bu, şəxsi qarajımla olan ilk postumdur. Yeni “4×4 yaşıl “hulk””, ailəyə xoş gəlmisən” sözlərini yazıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button