Siyasət

Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz

İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Azərbaycan coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.

Azərbaycanın nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlandığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir”.

Burada qonşularla yaxşı münasibətlərin də önəmli olduğunu vurğulayan Prezident deyib: “Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu, bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button