Ölkə

Yoldaşının ad günündə iş adamının evi yandı

Tovuz rayonunun Qovlar şəhəri, Mirzə Ələkbər Sabir küçəsində Sürayə İsmayılovaya məxsus ikimərtəbəli fərdi evdə yanğın baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə zamanı evin həyətində olan “Mersedes Viano” və “VAZ 2107” markalı avtomobillər də yanıb.

Yanğın zamanı ev sahibi yoldaşının ad günü münasibəti ilə tort almağa gedib, bu zaman ona evinin yanması barədə xəbər gəlib.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının miqyası 400 kvadratmetr sahəni əahətə edib. Daha sonra yanğın qonşuluqdakı Eltəkin Əlizadəyə məxsus evə də keçib.

Hadisə yerinə dərhal FHN-nin Qovlar şəhər və Tovuz yanğın söndürmə briqadaları cəlb olunub. Yanğın söndürülüb, digər evlərə keçməsinin qarşısı alınıb. Ümumilikdə yanğın 3 evi əhatə edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button