“Bu yetərli deyil”
Türk Dünyasının mədəniyyət paytaxtı Şuşada Qlobal Media Forumunun keçirilməsi Azərbaycan tarixi və mədəniyyətinin təbliği baxımından olduqca əhəmiyyətli hadisə oldu. Bu tədbir həm Azərbaycanda mətbuata olan xüsusi diqqət və qayğının göstəricisi olmaqla, eyni zamanda dövlət başçısının regionda və dünyada baş verən hadisələrə münasibətinin öyrənilməsi baxımından önəmli tədbir oldu.
Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, polkovnik Azər Qarayev bildirib.
A.Qarayev əlavə edib ki, forumda 49 ölkədən 150- xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin 60 yerli media qurumunun rəhbəri və nümayəndəsi iştirak edib. Prezident İlham Əliyevin 3 saata yaxın müddət ərzində yerli və xarici media mənsublarının suallarını cavablandıraraq bir çox vacib mesajlar verdi.
“Forum zamanı jurnalistlər hansı suala cavab almaq istəyirdisə, həmin sualları rahatlıqla Prezident İlham Əliyevə ünvanlaya bildi. Prezident İlham Əliyev sualları cavablandırmaqla yanaşı, bir çox mühüm məsələlərdə ölkəmizin konkret mövqeyini də nümayiş etdirdi.
Xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə bağlı ölkə başçısı vacib məqamlara toxundu. Prezident İlham Əliyevin də vurğuladığı kimi Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu yoxdur. Müharibədən sonra Ermənistan sülhə doğru məcburiyyətdən bəzi addımlar atsa da, amma bu addımlar yetərli deyil.
Xüsusilə Ermənistanın sülh prosesinə pozucu müdaxilələri, təxribatları davam etdirməsi və bütün dünyaya özünü yazıq, əzilən dövlət kimi göstərmək cəhdləri baş tutmur. Artıq bir çoxları ermənilərin bu yalanlarına doyub.
Sülh sazişi imzalanmadığı təqdirdə, bunun nəticələri, şübhəsiz ki, Ermənistan üçün ağır olacaq. Sülhün gətirəcəyi iqtisadi gəlirlərə möhtac olan tərəf Ermənistandır. Cənubi Qafqazda inkişaf və tərəqqi üçün şərtləri diktə edən tərəf Azərbaycandır”, – deyə A.Qarayev əlavə edib.
A.Qarayev vurğulayıb ki, forum zamanı Prezident İlham Əliyev Azərbaycanın iqtisadi göstəricilərindən, xüsusilə də enerji sahəsindəki, uğurları və planlarları barəsində vacib açıqlamalar verdi.
“Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi dünyada tanınır və qəbul edilir. Bu sahədə Azərbaycan mühüm aktorlardan birnə çevrilmişdir. Xüsusən də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu bütün dünya qəbul edir”, – deyə A.Qarayev qeyd edib.
A.Qarayev onu da əlavə edib ki, tədbirdə Prezident İlham Əliyev forumda növbəti dəfə Azərbaycanın qəti mövqeyini sərgilədi.
“Xüsusilə sülh sazişinə Ermənistanın və onun havadarlarının müdaxilə etmə cəhdləri heç bir halda baş tutmayacaq. Qarabağdakı erməni icmasının sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməsi mümkünsüzdür. Azərbaycan vətəndaşları hansı hüquq və azadlıqlara sahibdirlərsə, onlar da həmin hüquq və azadlıqlara sahib olacaqlar”, – deyə o, əlavə edib.
Milli.Az