Ölkə
Günaydan 60 yaşına qədəm qoyan atasına təbrik
Müğənni Günay İbrahimli atası ilə bağlı diqqət çəkən paylaşım edib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında valideyninin doğum günü olduğunu bildirib.
Günay atasının 60 yaşına qədəm qoyması münasibəti ilə ailəlikcə bir araya gəliblər. İbrahimli atası, anası İlhamə xanım və bacısı İlahə ilə birlikdə çəkilən fotosunu izləyiciləri ilə bölüşüb.
Müğənni paylaşımına “Allah bütün valideynləri qorusun. 60 yaşın mübarək, əziz ata” sözlərini yazıb.
Qeyd edək ki, Günay İbrahimlinin Nicat adında bir qardaşı da var.
Milli.Az