Ölkə

Özlərinə umac ova bilməyən “canlı ölü”lər: onlar nə istəyir?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycanda ibrətamiz bir atalar sözü var: “Özünə umac ova bilmir, özgəsinə əriştə kəsməyi öyrədir”. Hesab edirəm ki bu atalar sözünun təsir dairəsinə ən dəqiq uyğun gələni elə Azərbaycanın çörəyini yeyib rifah səviyyəsini yüksəldən, sonra da ölkəsinə, xalqına qarşı düşmənlərlə eyni cəbhədə yer alan üzdəniraq keçmiş səfir Arif Məmmədovdur.

Elə bu günlərdə bu üzdəniraq səfir Avropadakı “dam”ında (ruslar belə məkana “konura” deyirlər) oturub sosial səbəkələr vasitəsi ilə yenə də öz pəltək frazaları ilə Azərbaycana, onun hüquq-mühafizə orqanlarına ultimatum ünvanlayır, təhdid edir ki bəs Azərbaycan ziyalılarının, alimlərinin “qaymağı” sayılan Qubad İbadoglunu “dərhal azad edin, yoxsa sizin üçün pis olacaq” və “biz bunu belə qoymayacağıq”.

Təbii, deyilənlər Arif Məmmədov təki boşboğazların gundəlik yaşamının təzahürü, vərdiş etdikləri ritorikadır.

Arif Məmmədov, sənin Qubad İbadoğlu barəsində bu məddahlığının və “tərifli dəstəyi”nin bir cavabı var: el deyimi ilə söyləsək, İbadoğlular, Kərimlilər, Həsənlilər ən yaxşı halda qatığın ayranının çölə atılan suyu ola bilər.

Bu ölkənin çox dəyərli, ölkəmizin milli sərvəti sayılan alimləri, ziyalıları elm xadimləri, ictimai-siyasi sahənin simaları, mədəniyyət ustaları, el ağsaqqaları, sadə insanları var ki, onlar Azərbaycan xalqının malik oldugu ən yüksək məqamların daşıyıcıları olaraq ölkəmizi layiqincə dunyada təmsil edirlər.

Belçikaya sığınan, oradan mütəmadi olaraq Fransaya keçərək yerli xüsusi xidmət strukturlarından alınan təlimatlar əsasında “çıxış”larının məzmunlarını formalaşdıran Arif Məmmədov – bunlar sənə və  sənin mənsub oldugu zümrəyə aid deyil.

Bu üzdəniraq sabiq səfir sosial səbəkələr vasitəsi ilə bildirir ki guya Qubad İbadoğlunun həbsinə səbəb onun özunün, İbadoğlunun və Cəmil həsənlinin  Azərbaycan gənclərınin təhsil fondunu yaratmaq niyyətlərini bəyan etmələri olub.

Həmin fondun maliyyə mənbəyini formalaşdırılması ilə bağlı “təklif” isə sadalanan şəxslərin, özlərini siyasətçi sayan, əslində isə siyasətin “canlı ölü”ləri və toksik elementləri olan sözügedən şəxslərin Azərbaycana qarşı yönəlmiş planlarından, məkrli niyyətlərindən xəbər verir.

Əlbəttə, “canlı ölü”lər, bunu ağalarınızdan aldığınız maliyyə “yardım”ından sonra söyləyirsiniz. Tapşırığınız belə olub.

Yazımın əvvəlində dediyim atalar sözü bax burada lap yerinə düşür. Axı ağalarınızın sizə verdiyi “yal” puluna danışır və öz xalqına qarşı bloqerlik edirsiniz. Axı bəhs etdiyiniz fondu nece yarada bilərsiniz ki, “qətiyyətli və sərt davranışı”ıza baxan Azərbaycan dövləti də qəflətən sizdən “çəkinsin”?

Azərbaycan gəncliyinə sizin kimilərin əməllərini xatırlatmaq istəyirəm.

1990-cu illərdə AXCP-Müsavat cutlüyunun yarıtmaz, xəyanətkar hakimiyyəti dövründə Azərbaycan gəncliyi məhz bu qüvvələrın məkrli niyyətlərini həyata keçirmək üçün istifadə olunurdu.

Lakin qədirbilən xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn çağdaş Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndərimiz Heydər Əliyevin huquqi-demokratik dovlət quruculuğu prosesində gənclər siyasətinin işlənib hazırlanmasını və həyata keçirilməsini prioritet məqsədlərdən biri elan etdi.

Xüsusən də gənclərin xarici ölkələrdə, nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları dövlətin bilavasitə nəzarətindəki sahələrdən sayıldı və sonucda xaricdə təhsil proqramı qısa zamanda uğurla həyata keçirilməyə başlandı.

Məhz həmin gənclərin böyük əksəriyyəti bugünkü müasir və qüdrətli Azərbaycanın idarə olunmasında möhtərəm Prezidentimizin idarəetmə komandasının üzvləridir.

Arif Məmmədov! Sən, Əli Kərimlilər, Qubad İbadogullar, Cəmil Həsənlilər və s.-lər Azərbaycan əleyhinə, xalqımıza və dövlətimizə qarşı marazmatik şüarçılıqla məşğul olan, böhtan dolu çıxışlar edən, sosial şəbəkələrdə aşkar trolluq edən qruplar formalaşdırmaqla məşğul oldunuz.

44 günlük Vətən muharibəsində işğal olunmuş torpaqlarımızı qanı və canı bahasına azad edən, qazi və şəhid olanlar son 30 ildə vətənpərvər ruhda böyümüş, Vətənini və dövlətini sevən, Ali Baş Komandanın hər əmrini dərhal yerinə yetirməyə hazır Azərbaycan gəncləridir.

Şanlı Vətənimizin şərəfli gəncliyi onu da bilməlidir ki, Arif Məmmədov kimilər Vətən Müharibəsi zamanı az qala Ermənistanın baş naziri Nikol Paşinyanın könüllü, ştatdankənar mətbuat katibinə çevrilmişdi.

Arif Məmmədov! Bəyəm sən o məxluq deyilsən ki, həmin günlərdə döyüşlərdə məhv edilən erməni işğalçılarının qohumları barədə “erməni şəhid ailələri” ifadəsindən intensiv şəkildə, həvəslə istifadə edirdi?

Şübhə yox, bu və bunun kimi “sevimli” ifadədələrinizlə ən yaxşı halda ağalarınzdan bir qədər artıq məbləğdə “yal pulu” almağa nail ola bilərdiniz.

Arif Məmmədov və onun kimiləri! İndi siz özunuz deyin – görün nə halda və hansı vəziyyətdəsiniz ki, gündəmdə qalmaq üçün marazmatik “Azərbaycan Gəncliyinə  Yardim Fondu”  yaratmağı təklif edibsiniz, üstəlik də deyirsiniz ki, sən demə, dünyanın heç bir ölkəsinin, təşkilatının və ya gücünün təzyiq cəhdləri qarşısında geri çəkilməyən, gənclərini daim düşünən Azərbaycan “təşvişə düşərək, Qubad İbadoğlunun son açıqlamalarından təlaşlanaraq onu həbs edib”.

Tragikomediyadır: düşünün ki, okean bir neçə kiçik kilkə balıqlarının üzmə traektoriyasını dəyişməsindən təlaş edərək sahillərini dəyişir.

Gələk digər məsələyə.

Danılmaz həqiqətdir ki, demokratik cəmiyyətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinə kənardan kimsə müdaxilə edə bilməz.

Bizdə də belədir.

Hansısa şübhələr varsa, suallara cavablar axtarılmalı, aydınlaşdırılmalıdır. Hüquq-mühafizə orqanları da Qubad İbadoğlunun fəaliyyəti ilə bağlı suallara cavablar arayırlar, onun əməllərinə hüquqi qiymət verirlər.

İbtidai istintaq gedir və bu proses başa çatmamış kimsə Qubad İbadoğlunun saxlanması ilə sonrakı həbsini spontan şəkildə siyasiləşdirməməlidir.

Vətəndaş mövqeyindən cıxış edərək demək istəyirəm: axi bu Qubad İbadoğlu – dostlarınin da dediyi kimi – guya London İqtisad Universitetinin professoru kimi bilavasitə öz işi ilə məşğul olmurdu, bu ölkədən vurub, o ölkədən çıxırdı.

Sanki ABŞ, Pensilvaniya ştatı və ya Avropadakı voyajlar İbadoğluya əsl fəaliyyətini pərdələmək üçün gərəkdi. “Təsadüf”ə baxın ki, bu adam intensiv olaraq ayrı-ayrı məkanlardan sosial şəbəkələrdə videolar paylaşırdı. Həmin videolar da bütünlüklə Azərbaycan dövlətinə qarşı idi.

Və yenə də Qubad İbadoğlunun dostları, ətrafı və “pərəstişkar”larının dediklərinə inansaq, “nüfuzlu və məşhur alim” nədən çalışdığı təhsil müəssisəsindəki karyerası ilə məşğul olmadı? Vətənə canı yanırdı, Azərbaycandakı proseslərdən özünü kənar tuta bilmirdi? Bəs belədirsə, İbadoğlunun çalışdığı universitetin rəhbərliyi nə üçün, hansı səbəblərdən pedaqoji, yaxud elmi fəaliyyəti siyasətlə qarışdırılmasına, əksər hallarda da psevdo siyasətçiliyin üstün gəlməsinə laqeyd qalırdı?

Ən nəhayət, onun necə “iqtisadi analitik”, “məşhur iqtisadçı”, “dərin intellektual duyuma malik şəxs” olduğu Azərbğaycanın iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektoru və işğaldan azad edilmiş ərazilərimizin rekonstruksiyası ilə bərpası prosesləri barədə “proqnoz”larından bəlli olmuşdu. Həddən ziyadə bədbin, az qala apokaliptik ssenarili bu təxminlərin heç biri doğrulmadı.

Reallıq budur ki, müasir Azərbaycan sürətlə inkişaf edən, dünyanın ən böyük dövlətlərinin və şirkətinin maraq dairəsində olan, ciddi investisiya imkanları əldə etmiş ölkədir.

İxtisasca iqtisadçı Qubad İbadoğlu isə bunu qəbul etmir və anlamaq istəmir.

Bəlkə də səbəb onun bilavasitə öz işi ilə məşğul olmamasıdır.

Azərbaycanlı iqtisadçının məramı, işi və məqsədi ölkəmizin əleyhinə fəaliyyət göstərən, xalqımıza qarşı planlar quran qüvvələrin yanında yer almaq olmamalıdır.

İlham Məmmədov,

Milli Məclisin deputatı


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button