Ölkə
“Kişilərdə uzun kirpik görəndə dartıb qoparmaq istəyirəm”
“Paxıl insan deyiləm”.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.
Sənətçi bildirib ki, kişilərdə uzun kirpik görəndə paxıllığı tutur:
“Kişi cinsində uzun kirpik görəndə paxıllığım tutur. İstəyirəm, tutum onun kirpiklərini qoparım. Neynir, bu kişi uzun kirpiyi. Bu kirpikləri Allah versin xanımlara. O da onun üzərinə “tuş”u çəksin, kirpiklər göyə qalxsın. Kişilərin ancaq uzun kirpiklərinə paxıllığım tutur. Başqa şeylərinə qısqanclığım yoxdur. Mən kirpik “xəstəsiyəm”. Uzun kirpikləri çox sevirəm. Onlara “tuş” çəkirsən, qaşa kimi qaldırırsan”.
Milli.Az