Ölkə
Bu il yanğınlarda 18 nəfər ölüb, 94 nəfər yaralanıb
2023-cü ilin I yarımilliyi ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 791 olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın hadisələri zamanı 18 nəfər həlak olub, 94 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 51%, xəsarət alanlar üzrə 36 nəfər və ya 28% azdır.
Milli.Az