İdman

“Qarabağ” Polşa çempionu ilə qarşılaşacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “report”a istinadən bildirir ki, Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq.

İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

Çenstoxova, “Miejski” stadionu

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button