Ölkə

Ağır qəza törədən polis polkovniki işdən çıxarıldı

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsinə keçirilib.

Qeyd edək ki, ötən ilin avqustunda Ə.Sadıqov ölümlə nəticələnən yol qəzası törətmişdi. Belə ki, polis polkovniki gecə saatlarında “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuş və piyada həyatını itirmişdi.

Xatırladaq ki, bu barədə ilk məlumatı unikal.az yayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button