Ölkə
Nigar dərisini kəsdirdi
Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanova yenidən plastik əməliyyat etdirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, açıqlama verən xanəndə əməliyyatından danışıb. O bildirib ki, bu dəfə abdominoplastika etdirib:
“Ötən il liposaksiya etdirdim. Piylər çəkildi, amma dəri sallandı. Qarın hissəm məni narahat edirdi. Elə geyinirdim ki, qarın hissəm bilinməsin. İndi dərini kəsdirirdim. Birdəfəlik problemdən xilas oldum”.
İfaçı hazırda özünü yaxşı hiss etdiyini deyib.
Qeyd edək ki, N.Şabanova ötən gün bıçaq altına yatıb.
Milli.Az