Uncategorized

Ermənilər Laçın postuna doğru hərəkət edir

“400 tonluq humanitar yardım” daşıdıqları iddia edilən ağır tonnajlı yük avtomobilləri İrəvandan çıxaraq Laçın keçid məntəqəsinə doğru hərəkət edirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki ermənilərin dediklərinə görə, yük maşınları Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsinə çatmamış dayanacaq, yüklər Rusiya Sülhməramlı Kontingentinə (RSK) təhvil veriləcək.

Ermənilər yüklərin keçirilməsinə kömək edilməsi üçün Rusiya sülhməramlılarına müraciət ediblər.

Qarabağlı ermənilər üçün “zəruri mallar” olan TIR-lar Ermənistanda akkreditə olunmuş xarici diplomatların iştirakı ilə açılıb. Yəni “yükü görsünlər və əmin olsunlar ki, orada silah yoxdur”.

Şouda Rusiyanın Ermənistandakı səfirliynin müşaviri Maksim Seleznyov da iştirak edib.

Xatırladaq ki, dünən Azərbaycanın Dövlət Sərhəd Xidməti bəyanat yayaraq bildirmişdi: “İyulun 26-da Ermənistan tərəfdən Laçın dövlət sərhədinin qarşı tərəfdən buraxılış məntəqəsinin girişində müxtəlif təyinatlı avtomaşınların toplanması təşkil edilərək, daha bir təxribat xarakterli əməlin törədilməsinə şərait yaradılıb.

Biz Ermənistan tərəfini təxribata yönəlmiş və vəziyyəti gərginləşdirməyə xidmət edən bu cür hərəkətlərdən çəkinməyə çağırırıq.Bir daha bəyan edirik ki, mümkün təxribatçı hərəkətlərə görə bütün məsuliyyət tamamilə erməni tərəfinin üzərinə düşəcək”.

Qarabağlı ermənilərin zəruri ehtiyaclarının təminatı üçün rəsmi Bakı Ağdam-Xankəndi marşrutunu təklif edib.

Orxan Hun
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button