Siyasət

“Bu, Ermənistan üçün vəziyyəti gərginləşdirə bilər”

Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər Nazirlərinin Moskva görüşündə nəticə əldə olunduğunu demək çətindir. Bu sadəcə müzakirələrin davamı oldu, çünki bir neçə formatda bu müzakirələr aparılır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, görüşdən sonra Azərbaycan və Ermənistan XİN rəhbərləri müzakirələrin aparıldığını qeyd etdilər, lakin görünən o oldu ki, yekun nəticə hələ də əldə olunmayıb.

İndiki mərhələdə tərəflərin sülhə çox yaxın olduğunu demək çətindir. Ermənistan rəhbərliyi sözdə Azərbaycan ərazi bütövlüyünü tanıdığını desə də, bu faktın sənəd üzərində əks olunması ilə razılaşmır. Belə olan halda da Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Ermənistan rəhbərliyi sülh müqaviləsinin imzalanması məsələsini yuvatmaqla öz ölkəsi üçün vəziyyəti gərginləşdirə də bilər. Ermənistan baş naziri Nikol Paşinyan çıxışlarında müsbət mesajlar versə də, ümumilikdə prosesin sürətləndirilməsi üçün nəsə etmir.

Əgər Ermənistan sülh müqaviləsini imzalamasa, Azərbaycan nəsə itirməyəcək. Azərbaycan Qarabağda öz vətəndaşlarının təhlükəsizliyini təmini üçün lazımı tədbirlər görməyə tam haqqı var”, – deyə E.Şahinoğlu əlavə edib.

Qeyd edək ki, 25 iyul tarixində Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyanın üçtərəfli görüşü keçirilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button