Siyasət

Prosesləri uzatmaq cəhdləri regionu yeni eskalasiya ilə üz-üzə qoyur

Ötən gün Moskavada Azərbaycan və Ermənistan və Rusiya xarici işlər nazirləri arasında keçirlən görüşdə Ermənistan tərəfi əsas diskurs mövzusunu müzakirə etməkdənsə, diqqəti Laçın yoluna cəlb etməyə cəhd göstərib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-in sualalrını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

“Lakin, Azərbaycan Moskvada baş tutan XİN rəhbərləri arasında dialoq zamanı mühüm məqsədinə çatıb, daha dəqiq desək Ermənistan, Rusiya və Azərbaycan XİN başçıları məhz Qarabağın Azərbaycan ərazisi olduğunu və orada yaşayan ermənilərin gələcək hüquqlarının məhz respublikamızın qanunları çərçivəsində həll olacağı barədə razılığa gəliblər. ( Ermənistan öhdəlik götürüb).

Eyni zamanda dialoq zamanı tərəflər məhz Ermənistan hökumətinin separatçılara Bakı ilə dialoqa başlamaq üçün təsir etməyin lazımlığı barəsində razılığa gəliblər. Bu isə o deməkdir ki, məhz Paşinyan Xankəndidə oturan dialoqdan imtina edən separatçıları Azərbaycan hökuməti ilə dialoqa razı salmalıdır.

Bundan başqa, hər iki tərəfin azərbaycanlıların və ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi qabardılıb. Bu isə o deməkdir ki, qaçqın düşmüş azərbaycanlıların qayıdışı bizim tərəfimizdən növbəti dəfə diskursa çıxardılıb. Azərbaycan tərəfi bir daha qeyd edib ki, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini konstitusiyaya uyğun reallaşdıracaq və heç bir əlavə hüquq mezanizmlərindən söhbət getmir”, -deyə o bildirib.

Politoloq əlavə edib ki, rəsmi Bakı bir daha Laçında keçid- sərhəd məntəqəsinin legitim əsaslarla fəaliyyət göstərdiyini və Qarabağdan erməni terrorçularının çıxarılmasının zəruriliyini qabardıb.

“Xatırladım ki, Azərbaycanın əsas tələbi sülh müqaviləsinin mətnində konkret Qarabağın ərazimiz olmasının həkk edilməsidir. Digər mövzular fikir yayındırır və ikinci dərəcəlidir. Rəsmi Bakının bu və bundan əvvəlki görüşlərdə əldə etdiyi üstünlük ondan xəbər verir ki, sülh prosesinə xələl gətirən separatçıların və onların hərbi- terrorçu birləşmələrinin beynəlxalq hüquqa zidd addımları qarşısında Azərbaycanın manevr imkanları genişlənir.

Bakı real nəticələr tələb edir! Müxtəlif tərəflərin prosesi 2025 – ci ilə qədər uzatmaq cəhdləri isə, region üçün mümkün eskalasiya deməkdir” – deyə o vurğulayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button