İdman
“Qarabağ”ın aparıcı müdafiəçisi zədələnib
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.
Milli.Az report-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Polşada “Rakuv”a qarşı keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda sıradan çıxıb.
Gənc oyunçu 70-ci dəqiqədə Maksim Medvedevlə əvəzlənib.
Qeyd edək ki, hazırda matçda hesab bərabərdir – 2:2.
Milli.Az