Ölkə

Həkimin səhv diaqnozu xəstəni komaya salıb – iddia və cavab

Sumqayıt şəhərində həkimin səhv diaqnozu xəstəni komaya salıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, xəstənin qardaşı belə iddia edir.

Şəhər sakini Fuad Cavadov 1 saylı Şəhər Xəstəxanasında  qoyulan səhv diqnozdan şikayətçidir.

Onun sözlərinə görə, bacısı Xəyalə Bəylərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəni dərhal müayinə edən həkimlər –  Nurlan Hüseynov və Museyb Şərifzadə Xəyalə Cavadovaya beyin – qan sızması diaqnozu qoyublar və dərhal 2 saylı Şəhər Xəstəxanasına aparılmasını tələb ediblər.

Həkimlərin yazdığı müalicədən sonra bacısının vəziyyətinin pisləşdiyini görən Fuad Cavadov xəstəni başqa tibb ocağına  apararaq təkrar müayinə etdirib. Aldıqları cavab isə onları sözün əsl mənasında şoka salıb. Sən demə, 40 yaşlı Xəyalə Cavadovaya Sumqayıtda qoyulan diaqnoz səhv imiş.

Məsələdə adı çəkilən həkim isə  “Xəzər Xəbər”in suallarını cavablandırmaqdan yayınıb.

Sumqayıt Tibb Mərkəzindən isə “Xəzər Xəbər”ə bildirilib ki, 40 yaşlı Bəylərova Xəyalə Şakir qızının yaxınlarının iddiaları tamamilə əsassızdır. Deyilib ki, həmin şəxs yuxarı beyindaxili təzyiqlə təcili yardım avtomobili  ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə qəbul olunub və maqnit rezonans tomoqrafiya müayinəsindən keçirilib. Nəticə olaraq xəstədə sol beyin yarımkürəsində siqnal dəyişikliyi qeydə alınıb. Bu isə subaraxnoidal qansızma əlamətlərinə xarakterikdir. O, Neyrocərrahiyə şöbəsinə yerləşdirilib. Bütün lazımi tədbirlər həyata keçirilib. Ardınca Mərkəzi Gömrük Hospitalına beynin müayinəsinə göndərilib. Bundan sonra şübhə aradan qaldırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button