Ölkə
Bakıda 33 yaşlı kişi özünü turnikdən asdı
Bakıda 33 yaşlı kişinin meyiti evinin həyətindən tapılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Lənkəran rayon sakini, 1990-cı il təvəllüdlü Arzuman Əhmədovun meyiti yaşadığı Xəzər rayon, Binə qəsəsində yerləşən evin həyətindəki turnikdən asılı vəziyyətdə aşkar edilib.
Onun intihar etdiyi ehtimal edilir.
Araşdırma aparılır.
Milli.Az