Siyasət

Müharibədən əziyyət çəkən Azərbaycan, milyonlar Ermənistana ayrılır

AB Ermənistan hökumətinə təbiət və dəqiq elmlər, eləcə də mühəndislik (STEM fənləri) üzrə məktəb laboratoriyaları üçün 32 milyon avro verəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumatda bildirilir ki, proqrama Göyçə, Vedi və Ağadərəsi rayonlarının bütün məktəbləri, eləcə də Zəngəzur vilayətinin Qafan şəhərindəki 13 məktəb – ümumilikdə isə 340-a yaxın məktəb daxil olacaq.

“Burada laboratoriyalar tikiləcək, müəllimlər qeyri-formal təhsil metodlarını əhatə edən yeni tədris metodikası üzrə yenidən hazırlaşacaqlar”, – məlumatda deyilir.

Göründüyü kimi 30 illik işğal ərzində Ermənistanın bir daşını da daş üstə qoymadığı, işğaldan əziyyət çəkən tərəf Azərbaycan olmasına baxmayaraq, Qərb – Avropa Birliyi və digər beynəlxalq təchizatlar yetərincə yüksək hesab ediləcək maliyyə yardımlarını yenə də məhz Ermənistana ayrılırlar. Halbuki bu gün Azərbaycanın bu cür yardımlara daha çox ehtiyacı var. Çünkü işğaldan azad olunan ərazilərdə məhv edilən tarixi, mədəni, dini irsimiz, infrastrukturun tamamilə yerlə bir edilməsi artıq bütün dünyaya bəllidir. Bu qədər fakt qarşısında AB kimi Qərb təşkilatlarının, maliyyə qurumlarının Azərbaycana yox, Ermənistana milyonlarla, milyardlarla dollar həcmində yardımlar ayırması ədalətsizlik, ikili standartların növbəti təzahürüdür.

Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsaitlərin ayrılmalı olduğu halda Ermənistanın seçilməsi artıq rəsmi Bakı üçün təəccüblü də deyil. Reallığa qalsa Azərbaycanın heç həmən maliyyə yardımlarına ehtiyacı da yoxdur. Bu gün Azərbaycan öz imkanları hesabına Qarabağın bərpası, yenidən qurulması işində yetəri qədər böyük layihələr icra edir, əhəmiyyətli işlər görür. Azərbaycanın iqtisadi imkanları şərait yaradır ki, qarşılaşdıqları problemləri özü həll etsin. Elə bu amil də Azərbaycanın geosiyasi və qlobal sferada kimdənsə asılı olmamasında, müstəqil siyasət yürütməsində olduqca vacib məqamdır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button