Ölkə

Yasamalda hündürmərtəbəli binadakı yanğın söndürülüb – VİDEO

12:40

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib ki, yanğın binanın 4-cü mərtəbəsində ümumi sahəsi 112 kvadratmetr olan 3 otaqlı mənzilin 15 kv. metr sahəsi olan mətbəx hissəsində baş verib.

Yanğının digər otaqlara və qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Ümumilikdə yanğının söndürülməsinə 11-12 dəqiqə vaxt sərf edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

———

12:05

Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində hündürmərtəbəli binada mənzildə yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühfizə briqadaları cəlb edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button