Ölkə

Maştağa yolunda “Zil” dərəyə aşdı

Zabrat-Maştağa yolunda yük maşını dərəyə aşıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısında baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli bildirib ki, hadisənin baş vermə səbəbi sürücünün idarəetməni itirməsi olub:

“Qəza zamanı ölən və ciddi xəsarət alan olmasa da, maşının çırpıldığı svetefor sıradan çıxıb. Sürücülərdən yollarda xüsusilə diqqətli olmaları xahiş olunur.”

Qeyd edək ki, bir neçə ay əvvəl eyni ərazidə qeydə alınmış qəzada Dövlət Gömrük Komitəsinin Akademiyasının bir tələbəsi və bir əməkdaşı vəfat etmişdi.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button