Ölkə

“Haqqımda deyilənlər şükürlüdür, başqaları haqda nələr deyilir”

“Bunun açıqlamasını vermişəm. Kişi yaxın dostları haqda danışmaz. Zamiq Hüseynov mənim qohumum, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə yaxın dostumdur. Bu səs yazısı və ya yazışma varsa, qoyulsun ortaya. Onunla bağlı da tədbir görüləcək”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Sənətçi həmkarları Nadir Qafarzadə, Namiq Qaraçuxurlu və Zamiq Hüseynov haqda işlətdiyi nalayiq ifadələr işlətməsi iddiası ilə bağlı açıqlama verib.

Ağayev bildirib ki, adıçəkilən həmkarları ilə dostdur və onlar barədə heç zaman xoşagəlməz fikirlər səsləndirməyib: 

“Başqa heç nə yoxdur, sadəcə əsəb korlanır. Məni hamı tanıyır. Bilirlər ki, mərdimazar adam deyiləm. Mənim haqqımda deyilənlər şükürlüdür, başqaları haqda nələr deyilir. Səbrim tükənib, əvvəl özüm dava istəyirdim. İndi yaş, müəyyən xəstəlik imkan vermir”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button