Ölkə

“Elməddin Fərdadan çox qonorar alır”

“İslam güldürmür, heyrətləndirir. Onda xoşuma gələn xüsusiyyətlər var: tez-tez oxumağı, şeir deməyi. Müşfiq Şahverdiyev isə daha çox güldürür”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Elməddin Cəfərov “Səhər mərkəzi” verilişində deyib. Komediya aktyorları haqda sualları cavablandıran Elməddin tamaşaçını Müşfiq Şahverdiyevin daha çox güldürə bildiyini açıqlayıb.

E.Cəfərov “Tək səbr”, yoxsa “Bacanaqlar”a qayıtmaq istəyərdin” sualına “Geriyə baxmağı sevmirəm. Nə “Tək səbir”, nə də “Bacanaqlar”a qayıtmaq istəyirəm. Bunlardan utanmıram, əksinə Azərbaycanda ən çox reytinq verən”Tək səbr” idi. Ölkədə 50 reytinq var idi, 38,5 “Tək səbr” idi. Qarşıda daha yaxşı uğurlar var” cavabını verib.

Qonorarı haqda deyilən “Sən, yoxsa Fərda Xudaverdiyev yüksək qonorar alır” sualına aktyor cavab vermək istəməyib. O, aparıcı Tural Əsədovun “Əlbəttə, Elməddin” sözünə isə “Dəliyəm, özümü deyim? Baxır təklifə” reaksiyasını verib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button