Siyasət

“Bakı, İrəvan və Moskvanı bir-birinə qarşı qoymaq istəyirlər”

Ermənistana, Rusiyaya və Azərbaycana düşmən olan qüvvələr bu ölkələri bir-birinə qarşı qoymaq üçün vəziyyəti gərginləşdirməyə çalışırlar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrailin “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib.

“Onlar bu və ya digər şəkildə təxribat törədərək vəziyyəti gərginləşdirməyə çalışırlar. Bu da nə Ermənistana, nə Rusiyaya, nə də Azərbaycana sərf edir. Ancaq bu cür hərəkət edənlər regiondakı xalqların və ölkələrin maraqlarını yox, tamam başqa maraqları rəhbər tuturlar”.

Kedmi bildirib ki, 2020-ci ildəki müharibədən sonra vəziyyətin sabitləşdirilməsi üçün böyük addımlar atılıb:

“Hazırki mövcud problemlər texniki xarakter daşıyır. Onları həll etmək olar”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button