İdman

“Nəticədən narazı, oyundan isə razı qaldım”

“Nəticəyə görə narazıyam. Amma oyundan razı qaldım”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “report”a istinadən bildirir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovinada “Jelezniçar”la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis rəqibin gücünə bələd olduqlarını bildirib: “Jelezniçar”ın oyununu yaxşı təhlil etmişdik. Güclü komanda olduğunu bilirdik. Rəqib bu gün çox yaxşı müdafiə olundu”.

Mutu stadiondakı atmosferdən də söz açıb: “Abu-hava fenomenal idi. Uduzmadığımız üçün xoşbəxtəm. Ümid edirəm ki, bizim azarkeşlərimiz də cavab matçında eyni atmosferi yaradacaqlar”.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button