Ölkə
Sevinc toy tarixini açıqladı
Müğənni Sevinc Musayeva toy tarixini açıqlayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu barədə “Səhərin səsi” verilişində danışıb. İfaçı qız toyu etmək üçün tələsmədiyini deyib:
“Biz artıq 3 ildən çoxdur bir-birimizi tanıyırıq. Sentyabrda oğlan toyu olacaq. Mən hələ ki, tələsmirəm. Kişi toyu edəcək, ikimiz də bakılıyıq, elə toyları sevirik. Qız toyu və oğlan toyu ayrı olur. Mən də istəyərdim, amma şou biznesə görə qalıb”.
Qeyd edək ki, Musayevanın nişanı ad günündə, iyulun 17-də baş tutub. Müğənninin gələcək həyat yoldaşı floristdir.
Milli.Az