Uncategorized

Başağrısının yayılması koronavirusun yeni mutasiyası ola bilər? – VİDEO

Son günlər kəskin başağrısı ilə bağlı şikayətlərin sayı artıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, vətəndaşlar başağrısını havaların isti keçməsi, maqnit qasırğası və koronavirusun yeni mutasiyası ilə əlaqələndirirlər.

Eyni zamanda bu ağrıların bir neçə saat yox, hətta bir neçə gün çəkdiyindən şikayətlənirlər.

Həkim Elnarə Salahovanın sözlərinə görə, son bir həftə ərzində kəskin başağrıları ilə bağlı müraciətlərin sayı artıb:

“Başağrılarını hər zaman miqren adlandırmaq olmaz. Ağrılar mütəmadi hal alıbsa, mütləq həkimə müraciət edərək müayinədən keçmək lazımdır”.

Hazırki müraciətlərin virus xarakterli olmadığına diqqət çəkən Elnarə Salahova qeyd edib ki, başağrıları istənilən yoluxucu xəstəliklərdən sonra yaranma xüsusiyyətinə malikdir:

“Başağrıları üç gündən artıq davam edərsə, mütləq həkimə müraciət edilməlidir. Bundan başqa müvəqqəti ağrıkəsicilər qəbul etmək də xəstəliyi ağırlaşdıra bilər”.

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button