Siyasət
SOCAR-a 7 yeni vitse-prezident təyin edilib
Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamları ilə İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunublar.
Milli.Az